Özbəklər Azərbaycana qarşı
Bizi izləyin

İdman

Özbəklər Azərbaycana qarşı

Azərbaycanın futbol üzrə milli komandası növbəti sınağa çıxacaq.

Publika.az xəbər verir ki, bu gün millimiz Özbəkistan yığması ilə üz-üzə gələcək.

Qeyd edək ki, bu dəfəki rəqib millimiz üçün çox tanışdır. Çünki millimiz artıq bu komanda ilə 9 dəfə qarşılaşıb. Yubiley matçı ərəfəsində Azərbaycan özbəklər üzərində 4 dəfə qələbə çalıb. Özbəkistan yığması millimizi iki dəfə üstələyə bilib. Daha 3 oyunda isə tərəflər meydanda sülh bağlayıblar.

Rəqiblərin 9 qarşılaşmasında qapılara 21 qol vurulub. Bunlardan 11-i millimizin, 10-u özbəklərin aktivindədir.

Qeyd edək ki, Bakıda baş tutacaq oyun saat 21:00-da başlayacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm