Prezident düşdüyü həbsxanada 1 dollara işə başlayıb – FOTOLAR
Bizi izləyin

İdman

Prezident düşdüyü həbsxanada 1 dollara işə başlayıb – FOTOLAR

Almaniyanın “Bavariya” klubunun keçmiş prezidenti Uli Xenes həbsxanada işə başlayıb.

Publika.az xəbər verir ki, unudulmaz futbolçulardan olan Xenes vergidən yayınmaya görə düşdüyü Landsberq həbsxanasında saatı 1,12 avro (təxminən 1 dollar 60 sent) ödənişlə paltar paylama hissəsində işləməyə başlayıb. O, burada səhər saat 09.00-dan 15.30-dək işləyir.

Xenes məhbuslara paltar, yataq vəsaitləri, ayaqqabı və təmizlik vəsaitləri paylayır.

Məlumat üçün bildirək ki, Almaniyada məhbuslar işlədikləri hər iki ay üçün bir gün erkən azad olmaq haqqı qazanırlar. Xenes 3,5 il həbs cəzası alıb. Məlumatlara görə, onun şərti olaraq azad olunması barədə sentyabrda qərar çıxarıla bilər.

Həmçinin keçmiş prezidenti həbsxanada ziyarət edən adamlar onun 10 kq arıqladığını da bildiriblər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm