30 milyonu olan əfsanəvi idmançı dilənərkən qovuldu
Bizi izləyin

İdman

30 milyonu olan əfsanəvi idmançı dilənərkən qovuldu

NBA ulduzu Allen Ayverson dilənçiliyə əl atıb. Onun bu yola düşməsinin səbəbi çoxsaylı məhkəmə qərarlarına görə bütün əmlak və pulunu itirməsi olub.

Publika.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

O, dilənçiliyi Atlantadakı ticarət mərkəzlərinin birinin girişində edib. Mərkəzin mühafizəçiləri alıcılara yaxınlaşaraq pul istəyən bir nəfəri görüb və onu öz otaqlarına aparıblar.

Daha sonra polislər dilənçinin dünyanın ən məşhur basketbolçularından biri – Allen Ayverson olduğunu görüb təəccüblərini gizlədə bilməyiblər.

Mühafizəçilər ona hörmətlə yanaşıblar. Onlar Allen Ayversona heç bir təzyiq etmədən mərkəzi tərk etməsini xahiş ediblər.

Ticarət mərkəzinin mühafizəçilərdən biri Ceyson Sivort hadisə ilə bağlı belə danışıb: “Uşaqlıqdan kumirim olmuş birinə ticarət mərkəzini tərk etməyi tələb etmək mənim üçün çox ağır idi. Belə bir səhnəni görmək çox çətin idi. Ümid edirəm ki, Allen Ayverson əvvəlki həyatına qayıdar”.

Qeyd edək ki, Allen Ayversonun çətin günləri karyerasını bitirdikdən sonra başlayıb. Əfsanəvi basketbolçu hazırda bankrot olsa da, bankda 30 milyon dolları var. Bu pullar ona “Reebok”la sponsor müqaviləsindən çatır. Lakin sözləşməyə əsasən, 39 yaşlı əfsanə həmin pula 55 yaşı tamam olandan sonra toxuna bilər.

NBA-da çıxışı zamanı Ayverson 154.5 milyon pul qazanıb. Sponsor və reklam gəlirlərini də əlavə etsək, bu məbləğ 200 milyonu keçib.

Ayverson bədxərcliyi üzündən belə bir vəziyyətə düşüb, külli miqdarda pul xərcləyib. Sonuncu dəfə 2012-ci ildə onu zərgərlik şirkətinə 896 min dollar borcunu ödəməyə məhkəmə məcbur edib.

Allen Ayverson uzun müddətdir ki, pulsuzdur.

Hələ 2 il əvvəl məhkəmədə belə demişdi: “İndi mənim çizburger almağa belə pulum yoxdur”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm