FIFA-dan "Barselona"ya zərbə
Bizi izləyin

İdman

FIFA-dan "Barselona"ya zərbə

FİFA "Barselona"ya qoyduğu transfer qadağasını ləğv etməyib.

Katalon klubunun etdiyi etiraz nəticəsində qərara yenidən baxan FİFA 2016-cı ilin yanvarına qədər Katalon təmsilçisinə heyətinə futbolçu qatmağı rəsmən qadağan edib.

Ali futbol qurumunun verdiyi qərar qüvvəyə minib. Bundan başqa, sanksiya bir il müddətinə tətbiq olunacaq və bu vaxt ərzində klub 500 min avro cərimə ödəyəcək. Ardıcıl ikinci dəfə FİFA-ya müraciət edən Luis Enrikenin komandası çətin duruma düşüb.

Qeyd edək ki, "Barselona"nın transfer işində etdiyi müəyyən qayda pozuntuları onları futbolçu transferindən məhrum edib.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm