Evində məğlubiyyətlə barışanlar - VİDEO
Bizi izləyin

İdman

Evində məğlubiyyətlə barışanlar - VİDEO

UEFA ÇL pley-off mərhələsində daha 5 oyun keçirilib.

Publika.az xəbər verir ki, Danimarkanın "Aalborq" klubu öz meydanında "APOEL"i məğlub edə bilməyib. Hesabı meydan sahibləri açsa da, 2-ci hissədə bərabərlik təmin olunub – 1:1. Bu hesab daha 3 oyunda təkrarlanıb.

"Porto" isə Fransa səfərindən 3 xalla qayıdıb. "Lill" klubunun qonağı olan Portuqaliya təmsilçisinin yeganə qolu 61-ci dəqiqədə Hektor Erreradan gəlib.

Ümumilikdə dünənki qarşılaşmalar məhsuldarlığı ilə fərqlənməyib. 5 oyunda cəmi 8 qol vurulub. Maraqlısı isə, bu oyunlarda meydan sahiblərinin qələbə qazana bilməməsidir.

"Aalborq" 1-1 "APOEL Nicosia"

"Lill" 0-1 "Porto"

"Maribor" 1-1 "Seltik"

"Slovan Bratislava" 1-1 "BATE"

"Standart" 0-1 "Zenit"

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm