Diniyevdən proqnoz: “Həm tanışdır, həm də yox”
Bizi izləyin

İdman

Diniyevdən proqnoz: “Həm tanışdır, həm də yox”

Azərbaycanın tanınmış mütəxəssislərindən olan Şahin Diniyev "Qarabağ" və "Neftçi"nin Avropa Liqasının pley-off mərhələsindəki şanslarını dəyərləndirib.

Publika.az-a danışan millinin keçmiş baş məşqçisi şansları rəqib komandalara verib: "Təbii ki, azərbaycanlı olaraq hər iki komandamızın uğur qazanmasını istəyirik. Artıq bu qrupa düşmək üçün sonuncu şansdır. "Neftçi"yə də, "Qarabağ"a da heç də asan rəqib düşməyib. Amma hər iki cütlük daha öncə bir-biri ilə görüşüb. Yəni bunlar həm tanış, həm də tanış olmayan rəqiblərdi. Çünki əvvəlki heyətlə indiki eyni deyil. Bu baxımdan, hər iki komandanı maraqlı oyun gözləyir. Rəqiblərin durumundan çox şey asılıdır, üstəlik, bizim klubların vəziyyəti pik nöqtədə olarsa, hər iki klubumuz qələbə qazana bilər. Təbii ki, burada motivasiya da böyük rol oynayır. "Partizan" "Neftçi"dən üstün deyil. Şansları 60-40 faizə dəyərləndirirəm. Həmçinin "Qarabağ"ın da şanslarını bu cür dəyərləndirirəm. Bunlar oyundan qabaq olan dəyərləndirmədir. Bu, sadəcə quru rəqəmlərdir, amma bunu dəyişmək komandaların özündən asılıdır”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm