Futbolçu şantaj edirmiş: “Məni buraxmasanız, canıma qəsd edəcəyəm”
Bizi izləyin

İdman

Futbolçu şantaj edirmiş: “Məni buraxmasanız, canıma qəsd edəcəyəm”

Qapıçı Kamal Bayramovun keçmiş klubu “Rəvan” rəhbərliyindən şikayət etməsi, pulunu ala bilməməsi barədə məlumat vermişdik. (http://publika.az/p/37947 )

"Rəvan"ın mətbuat xidmətinin rəhbəri Şamo Quliyev redaksiyamızla əlaqə saxlayaraq məsələ ilə bağlı münasibət bildirib. Publika.az-a danışan klub rəsmisi Bayramovun gündə bir fikrə düşdüyünü dedi: “Kamal Bayramovun bu tip açıqlamalarına adət etmişik. Bir az çılğın adamdı, həm də hər gün bir fikrə düşür. Təsəvvür edin, bizimlə müqaviləsi var, gəlib deyirdi ki, məni təmənnasız buraxmasanız, canıma qəsd edəcəyəm, filan. Bunun adı şantajdır. Məgər futbolda transfer məsələləri bu cür həll olunur? Bu işin qayda-qanunu var. Onda hər yerindən duran məxsus olduğu klubu özünü yandırmaqla hədələyib, istədiyi yerə gedər. Kamal gec də olsa, anladı ki, şantajla istəyinə çatmayacaq, “B” variantına əl atdı, karyerasını bitirdiyini açıqladı. Əslində isə, bunu gözdən pərdə asmaq üçün edirdi. Bir müddət sona eşitdik ki, “Giresunspor”un düşərgəsindədir. Hər şeyə rəğmən, rəhbərlik qərara aldı ki, onu Türkiyə klubuna təmənnasız buraxsın, gəl ki bir müddət sonra “Araz Naxçıvan”da peyda oldu. Belədə biz onu Naxçıvan təmsilçisinə keçidinə heç bir problem yaratmadıq. Təəssüf ki, Bayramov yenə də “Rəvan” rəhbərliyini nələrdəsə ittiham edir. Yəqin, onu “Araz-Naxçıvan”a təmənnasız buraxmaqla səhv etmişik. O da “çox sağ ol”unu bu şəkildə bildirir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm