“Neftçi” özünü uduzdurdu - VİDEO
Bizi izləyin

İdman

“Neftçi” özünü uduzdurdu - VİDEO

Avroliqanın pley-off mərhələsinin ilk oyunları keçirilib. Turnirdə təmsilçilərimizdən olan “Neftçi” də meydana çıxıb.

Böyükağa Hacıyevin komandası səfərdə Serbiyanın “Partizan” klubu ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 23:15-də başlayan görüşdə qapılara 5 qol vurulub. Qolların 4-nü təmsilçimiz vurub.

Belə ki, hesabda 2:0 önə keçən "Neftçi" sonradan üstünlüyünü əldən verərək meydanı məğlub tərk edib - 2:3. Çünki “Neftçi” 2 dəfə avtoqola imza atıb.


Qeyd edək ki, "Neftçi" və "Partizan" komandaları arasında cavab qarşılaşması avqustun 28-də, Bakıda keçiriləcək.

21 avqust

Avropa Liqası, pley-off mərhələsinin ilk oyunları

23:15. “Partizan” (Serbiya) – “Neftçi” (Azərbaycan) - 3:2
Qollar: Denis Silva, 11 (0:1), 17 (0:2), Denis Silva, 29-avtoqol (1:2), Qrbiç, 32 (2:2), Elvin Yunuszadə, 69-avtoqol (3:2)

"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının pley-off mərhələsinin "Partizan"la ilk oyunundan (2:3) sonra keçirilən mətbuat konfransında Bakıda meydana fərqli "Neftçi"nin çıxacağını bildirib:

“Hər şeydən əvvəl sizi təbrik edirəm. Amma bu cütün qalibinə avqustun 28-də aydınlıq gələcək. Bu görüşdə 2:0 hesabı ilə irəlidə olmağımıza baxmayaraq, məğlub olduq. Futboldur. Ötən gün mətbuat konfransında demişdim ki, maraqlı oyunun şahidi olacaqsınız. Bir oyunda 5 qolun vurulması matçın necə gərgin keçməsindən xəbər verir. Bir neçə oyunçumuzun olmaması müdafiədə boşluqlar yaratmışdı. Bir həftə sonra Bakıda meydana fərqli bir "Neftçi" çıxacaq. Səfərdə vurulan 2 qol bizim xeyrimizə işləyəcək. "Partizan" vəziyyətdən çıxış yolunu hökmən irəli atılmaqda görəcək. Biz də çalışacağıq ki, bundan maksimum yararlanaq”.

"Neftçi" klubunun qapıçısı Saşa Stamenkoviç isə Avropa Liqasının pley-off mərhələsinin "Partizan"la ilk oyunundan (2:3) sonra belə deyib:

"Partizan"ın oyunçularına və məşqçilər heyətinə təşəkkür edirəm. Çünki onlar bu görüşdə öz işlərini gördülər. Bu komandaya son dərəcə hörmətlə yanaşıram.

Nəticədən narazı qaldım. Çünki hesab 2:0 olarkən biz daha çox qol vura bilərdik. Məğlubiyyətə baxmayaraq, mərhələ keçmək şansımız qalır. Favorit "Partizan"dan daha çox şey gözləyirdim. Qrup mərhələsinə düşmək üçün yaxşı şansımız var”.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm