Güləşçilərimiz İstanbulda 5 medal qazandılar
Bizi izləyin

İdman

Güləşçilərimiz İstanbulda 5 medal qazandılar

İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş 32-ci beynəlxalq turnir başa çatıb.

İstanbulda Vehbi Emrenin xatirəsinə həsr olunmuş 32-ci beynəlxalq turnir başa çatıb.

Publika.az Azərbaycan Güləş Federasiyasına istinadən məlumat verir ki, "Ahmet Cömert Spor Salonu"nda keçirilən turnirdə yunan-Roma güləşi üzrə yığma komandamızla bərabər, Türkiyə, Qazaxıstan, Ukrayna, Rusiya, Belarus, Bolqarıstan, Gürcüstan, Moldova, Litva, Özbəkistan, İran, Livan, Rumıniya və Qırğızıstandan olan güləşçilər də mübarizə aparıblar.

Turnirin ilk günündə yığma komandamız 1 qızıl və 2 bürünc medala sahib olub. Rəsul Çunayev (71 kq) qızıl, Rüstəm Əliyev (71 kq) və Saman Təhmasibi (98 kq) bürünc medal əldə ediblər.

Turnirin ikinci günündə 66, 75, 85 və 130 kq çəkidə pəhləvanlar mübarizəyə qoşulublar. Güləşçilərimiz günü 1 gümüş və 1 bürünc medalla başa vurublar.

85 kq-da mübarizə aparan Şəhriyar Məmmədov finala qədər maneəsiz irəliləyib. Ardıcıl olaraq iki türkiyəli və özbəkistanlı rəqiblərini məğlub edən güləşçimiz finalda Belarus təmsilçisi ilə qarşılaşıb. Görüşü məğlub başa vuran Şəhriyar gümüş medalla kifayətlənib.

75 kq-da Elvin Mürsəliyev ilk görüşünü qələbə ilə başa vursa da ikinci görüşdə məğlub olub. Rəqibinin finala çıxması ilə təsəlliverici görüşə qatılmaq şansı qazanan güləşçimiz bu imkanı yaxşı dəyərləndirib və vaxtından əvvəl görüşün taleyini həll edib. Medal yolunda həlledici görüşdə E.Mürsəliyev İran güləşçisi ilə qarşılaşıb. Minimal hesablı qələbə qazanan güləşçimiz bürünc medala sahib olub.

Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan güləşçilərimiz 39 xal toplayaraq komanda hesabında üçüncü yeri tutublar. Türkiyə birinci, Belarus isə ikinci sırada qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm