Klubun prezidenti “Hafka”ya səsləndi – “Təəssüf edirəm”
Bizi izləyin

İdman

Klubun prezidenti “Hafka”ya səsləndi – “Təəssüf edirəm”

Hafiz Məmmədovun səhmlərini aldığı İngiltərənin "Şeffild Uensdey" klubunun prezidenti Milan Mandariç təəssüfləndiyini bildirib.

Belə ki, klub azərbaycanlı iş adamına satıldığını vaxtından öncə elan etməsinə təəssüflənib. Publika.az xəbər verir ki, bu barədə klubun prezidenti özü "The Star"a açıqlamasında deyib.

Mandariç deyib ki, onu müqavilə imzalamamış açıqlama verməyə Fransa mətbuatı vadar edib:

"Deyə bilmərəm ki, müqavilə ilə bağlı işlər tamamlanacaq və ya yox. Azarkeşlərimiz dözümlü olmalıdırlar. Çünki hələ də Məmmədova inanırıq. Eyni zamanda, klub üçün ən yaxşısını etməyə çalışıram. Məqsədimiz borcu bağlamaq və klubu düzgün istiqamətdə irəli aparmaqdır. Başqa insanlar da klubumuza sərmayə qoymaq niyyətindədirlər. Amma mən istəmirəm ki, ağır əməyim və çoxlu pulum hədər getsin. Buna görə Məmmədovu gözləyirəm".

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm