Məşqçisi Qazaxıstandakı idmançımızı tərifləyib
Bizi izləyin

İdman

Məşqçisi Qazaxıstandakı idmançımızı tərifləyib

Ağır atletika üzrə milli komandanın şərəfini qorumaqdan imtina edən Nicat Rəhimov (69 kq) haqda xəbər var.

Publika.az-ın əldə etdiyi məlumata görə, yeniyetmələrin ilk olimpiadasının qalibi Qazaxıstanda məşqlərə başlayıb. Maraqlıdır ki, Nicatın hazırki məşqçisi tanınmış bir şəxsdir.

O, Enver Türkilerin rəhbərliyi altında təlim-məşqlərini davam etdirir.

Bildirək ki, Enver Türkiler Halil Mutlu və Naim Süleymanoğlunu kimi əfsanəvi idmançıların məşqçiliyini edib.

Məlumata görə, Enver Türkiler həmyerlimizdən razıdır. O, belə davam edərsə, 20 yaşlı Nicatın gələcəyinin parlaq olacağını deyib.

Xatırladaq ki, 20 yaşlı idmançının Azərbaycanda federasiya rəsmiləri və baş məşqçi Zlatan Vanevlə problemi çıxmışdı. Bu üzdən o, Qazaxıstan bayrağı altında çıxmağı qərarlaşdırıb.

Ancaq yığmanın məşqçisi Zlatan Vanev bildirmişdi ki, idmançının millidən uzaqlaşdırılma səbəbi deyilən vaxtda dopinq testindən keçməməsidir.

İdmançının atası Əli Rəhimov isə açıqlamasında millidə nizam-intizamın olmaması və bolqarıstanlı baş məşqçinin Nicatı yarışlara aparmadığı üçün belə bir addım atdıqlarını demişdi. (http://publika.az/p/7987 )

Qeyd edək ki, Enver Türkiler Qazaxıstan ağır atletika üzrə milli komandasını çalışdırır. O, Türkiyənin millisindən “dopinqçi” damğası ilə uzaqlaşdırılşmışdı.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm