Belçikada rüsvay olduq
Bizi izləyin

İdman

Belçikada rüsvay olduq

Belçikada rüsvay olduq

Futzal üzrə Avropa çempionatının final mərhələsinin oyunları davam edir. Publika.az xəbər verir ki, C qrupunda qərarlaşan Azərbaycan milli komandası dünən növbəti oyununa çıxıb.

Joze Alesio Da Silvanın komandası İtaliya yığması ilə qarşılaşıb. Qrup lideri olmaq üçün görüşdə komandamıza heç-heçə də sərf edirdi. Lakin komandamız acı məğlubyyətlə üzləşib - 0:7. Bununla da yığmamız qrupda sonuncu yeri tutaraq, Avropa çempionatında mübarizəni dayandırıb.

Qeyd edək ki, İtaliya ilk oyununda Sloveniya ilə qarşılaşmış və 2:3 hesabıyla uduzmuşdu. Millimiz isə ilk sınağında Sloveniyanı 7:6 hesabı ilə məğlub etmişdi.

2 fevral

Avropa çempionatının final mərhələsi

C qrupu

21:30. İtaliya - Azərbaycan - 7:0

Qollar: Romano, 2 (1:0), Fortino, 4 (2:0), Onorio, 16 (3:0), Vampeta, 25 (5:0), Qabriel, Lima, 26 (5:0), Mamarella, 30 (6:0), Miarelli, 39 (7:0)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm