Rəqibinin burnunu sındırdığına görə həbs oluna bilər
Bizi izləyin

İdman

Rəqibinin burnunu sındırdığına görə həbs oluna bilər

Fransa Birinci Futbol Liqasının ikinci həftə qarşılaşmasından sonra PSJ-nin oyunçusu Tiaqo Mottaya kəllə atan “Bastia”lı Brandao məhkəməlik olub.

Publika.az xəbər verir ki, bu barədə "Le Monde" qəzeti məlumat yayıb. Qəzet ədliyyədəki mənbələrdən əldə etdiyi məlumatlara əsaslanaraq bildirib ki, Brandao bir müddət nəzarətdə saxlandıqdan onunla bağlı cinayət işi Paris Cəza Məhkəməsinə göndərilib. Braziliyalı oyunçunun matçdakı hərəkətinə görə, onu, ən azı, 3 il həbs və 45 min avro pul cəzası alacağı gözlənilir.

Fransa Futbol Federasiyası intizam qurumu bununla bağlı mətbuata açıqlama verib.

Qurumdan bildirilib ki, Brandaonun lisenziyası müvəqqəti olaraq təxirə salınıb. Həmçinin onun məhkəmənin verəcəyi qərara qədər rəsmi idman müsabiqələrindən məhrum edildiyi bildirilib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm