Azərbaycanda qəribə cəza üsulu
Bizi izləyin

İdman

Azərbaycanda qəribə cəza üsulu

Azərbaycan Premyer Liqasının III turunda avqustun 24-də “Xəzər Lənkəran” “Simurq” klubu ilə qarşılaşacaq.

Ancaq dünən cənub klubunun məşqi zamanı maraqlı hadisə baş verib.

Publika.az-ın məlumatına görə, "Bayır Arena”dakı məşq zamanı baş məşqçi Oğuz Çetin meydanın mərkəzinə gec gələn futbolçuları fərqli bir üsulla cəzalandırıb. Belə ki, türkiyəli mütəxəssis məşqə gec gələn futbolçulara komanda yoldaşlarının yanında, meydanın mərkəzində jim etdirib.

Futbolçular cəzalarını çəkdikdən sonra komanda ilə birlikdə məşqlərə başlayıblar.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm