Hollandiya mətbuatı Rəşad Sadıqovdan yazır
Bizi izləyin

İdman

Hollandiya mətbuatı Rəşad Sadıqovdan yazır

Hollandiya mətbuatı avqustun 21-də baş tutmuş "Qarabağ” - "Tvente” (0-0) oyunu ilə bağlı xəbərlər dərc edir.

Publika.az xəbər verir ki, hesabın "Tvente” üçün yaxşı bitdiyini qeyd edən Hollandiya mətbuatı yeni transfer Hakim Ziyeçin afrikalı Mokotjo ilə birgə yaxşı cütlük yaratsalar da, rəqibə ciddi təhlükə yarada bilmədiklərini də bildirib.

"Qarabağ”ın heyətində isə Rəşad Sadıqovun çıxışı xüsusi diqqət çəkib. Belə ki, Sadıqovun uğurlu oyun göstərdiyi vurğulanıb. Holland həmkarlarımız “Tvente”nin qolsuz heç-heçə ilə qayıtmasına sevindiklərini də yazıb və bunu yaxşı şans adlandırıblar.

Onlar müsbət nəticə əldə etmək üçün aktiv oyun nümayiş etdirmək lazım olduğunu deyiblər.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm