“Neftçi”-“Partizan” matçı Respublika stadionunda olmayacaq?
Bizi izləyin

İdman

“Neftçi”-“Partizan” matçı Respublika stadionunda olmayacaq?

“Neftçi” klubu UEFA-ya müraciət edib. “Ağ-qaralar”ın müraciəti stadionla bağlıdır.

Publika.az-ın verdiyi məlumata görə, bu haqda “Neftçi”nin mətbuat xidmətinin rəbhəri Gündüz Abbaszadə “Facebook”da məlumat yayıb: “"Neftçi"-"Partizan" oyununa bilet satışı bizdən asılı olmayan səbəblərə görə müvəqqəti olaraq dayandırılıb. Məlumunuz olsun ki, T. Bəhramov adına Respublika stadionunun heç də yaxşı vəziyyətdə olmayan ot örtüyü "Qarabağ" - "Tvente" oyunundan sonra daha bərbad hala düşüb. Bu səbəbdən, qarşılaşmanın Respublika stadionunda deyil, “Bakcell Arena”da keçirilməsi üçün UEFA-ya müraciət ünvanlamışıq. Müsbət cavab alacağımıza ümid edirik. Daha öncədən bilet almış azarkeşlərə nə etməli olduqları haqda məlumat UEFA-nın cavabından sonra veriləcək”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm