Keçmiş baş nazirin acı etirafı
Bizi izləyin

İdman

Keçmiş baş nazirin acı etirafı

İtaliyanın keçmiş baş naziri, "Milan"ın prezidenti Silvio Berluskoni futbolçularla görüşüb.

O, görüş zamanı futbolun dəyişdiyini deyib. Publika.az xəbər verir ki, Berluskoni buna ərəblər şeyxlərinin səbəb olduğunu göstərib: "Şeyxlərlə ayaqlaşa bilmirik. Ancaq mümkün olmayan bir şey yoxdur. Sizi dəstəkləyəcəm. Tək istədiyim də odu ki, Filippo İnzaginin taktikasına uyğun oyun göstərəsiniz. Yaxşı oyun sərgiləyin. "Milan"ı həm meydanda, həm də kənarda layiqincə təmsil etməlisiniz".

Qeyd edək ki, A Seriyasının ilk turunda "Milan" "Latsio"nu qəbul edəcək. Qarşılaşma avqustun 31-də baş tutacaq.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm