Azərbaycanda “qardaşlar”ın hegemonluğu
Bizi izləyin

İdman

Azərbaycanda “qardaşlar”ın hegemonluğu

Azərbaycanda “qardaşlar”ın hegemonluğu

Azərbaycan Premyer Liqasında III turun oyunları keçirilib.

Publika.az xəbər verir ki, 2 qarşılaşmanın təxirə salındığı turda 3 oyun baş tutub.

Turun ilk oyun günündə “Bakı” “Qəbələ”ni qəbul edib. “Qəbələ” son 10 dəqiqədə vurduğu 2 qolla qələbəni təmin edib.

İkinci oyun günündə isə meydana Azərbaycan futbolunun “qardaşlar”ı – “Simurq” və “İnter” çıxıb. “Qardaşlar” qələbə qazanmaqla turnir cədvəlinin ilk 2 pilləsini zəbt ediblər.

"Simurq" Zaqatalada "Xəzər Lənkəran"ı qəbul edib. "Bakı" ilə ilk oyunu təxirə salınan Zaqatala klubu ardıcıl ikinci qələbəsini qazanıb. Ötən tur AZAL-ı yenən (2:0) "Simurq" bu dəfə "Xəzər Lənkəran"ı iki cavabsız qolla məyus edib - 2:0.

"İnter" isə "Sumqayıt"ı qəbul edib. "İnter Arena"dakı matçda 6 qol vurulub və meydan sahibləri 5:1 hesablı qələbə qazanıb.

Qeyd edək ki, "Araz Naxçıvan" - "Qarabağ" və AZAL - "Neftçi" oyunları təxirə salınıb.

Premyer Liqa 2013/14 mövsümü

I dövrə, III tur

23 avqust

Bakı - Qəbələ - 0:2

Qollar: Viktor Mendi, 78. Ruslan Abışov, 90.

Sarı vərəqələr: Elton Hüseynov, 58 (qeyri-idman hərəkəti) - Andrey Kristya, 86 (qeyri-idman hərəkəti)

Hakimlər: Vüsal Əliyev, Rza Məmmədov, Cavanşir Yusifov, İnqilab Məmmədov.

AFFA nümayəndəsi: Mübariz Hüseynov.

Hakim-inspektor: Məhəmməd Məmmədov.

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 500 tamaşaçı.

24 avqust

Simurq - Xəzər Lənkəran 2:0

Qollar: Draqan Çeran, 44. Rəşad Eyyubov, 61.

Sarı vərəqələr: Benjamin Lambot, 5 (hakimin qərarına etiraz). Samir Zərgərov, 33 (bilərəkdən əl ilə oyun). Rəşad Eyyubov, 78 (simulyasiya) - Tyeqo, 58 (qeyri-idman hərəkəti).

Qırmızı vərəqə: Draqan Çeran, 90+2 (hakimi təhqir etdiyinə görə).

Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Mübariz Haşımov, Ziya Nəsirov.

AFFA nümayəndəsi: Eldar Qasımov.

Hakim-inspektor: Akif Məmmədov.

Zaqatala şəhər stadionu. 2000 tamaşaçı.

İnter - Sumqayıt 5:1

Qollar: Abdulla Abatsiyev, 8, Nizami Hacıyev, 27, Mikel Alvaro, 44; 90+2, Asif Məmmədov, 87 - Məhəmməd Qurbanov, 40.

Sarı vərəqələr: Derlis Meza Kolli, 44 (qeyri-idman hərəkəti); Abdulla Abatsiyev, 66 (qeyri-idman hərəkəti) - Tagim Novruzov, 30 (qeyri-idman hərəkəti); Bəxtiyar Həsənalızadə, 45 (qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 79 (qeyri-idman hərəkəti).

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, İsgəndər Əliyev, Ramil Əhmədov.

AFFA nümayəndəsi: Vaqif Davudov.

Hakim-inspektor: Gülağa Cabarov.

“İnter Arena”. 500 tamaşaçı.

1 İnter 3 2 1 0 9 1 7

2 Simurq 2 2 0 0 4 0 6

3 Sumqayıt 3 2 0 1 5 5 6

4 Qəbələ 3 2 0 1 3 4 6

5 Araz N 2 1 0 1 3 1 3

6 Neftçi 2 1 0 1 1 3 3

7 AZAL 2 0 1 1 1 3 1

8 Xəzər L 3 0 1 2 1 4 1

9 Qarabağ 2 0 1 1 0 3 1

10 Bakı 2 0 0 2 0 3 0

Oxumağa davam et
Reklam
Reklam

Gündəm