Madrid Araqonesə vəfa borcunu ödəyəcək
Bizi izləyin

İdman

Madrid Araqonesə vəfa borcunu ödəyəcək

Madrid Araqonesə vəfa borcunu ödəyəcək

İspaniya yığmasının sabiq baş məşqçisi Luis Araqonesin adı əbədiləşdiriləcək. Publika.az xəbər verir ki, 75 yaşında vəfat edən mütəxəssisin adı Madridin küçələrindən birinə veriləcək.

Bu barədə şəhərin bələdiyyə sədri Ana Botella məlumat verib. Sədr "Atletiko"nun tikintisi davam edən yeni stadionunun yerləşdiyi bölgəyə Araqonesin adının verilməsi üçün şəhər məclisinə təklif göndərəcəyini bildirib: "Araqones gözəl idmançı və insan idi.

Madridin xarakterini göstərən bir insanı itirdiyimiz üçün çox məyusam. Əlbətdə Madrid Araqonesə vəfa borcunu ödəyəcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm