Cabbar Nəcəfov finalda – FOTO
Bizi izləyin

İdman

Cabbar Nəcəfov finalda – FOTO

Cabbar Nəcəfov finalda – FOTO

Avqustun 25-27-də yeniyetmələrin II Yay Olimpiya Oyunlarında güləş yarışları keçiriləcək.

Publika.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.
Artıq püşkatma mərasimi olub və güləşçilərimizin rəqibləri məlumdur. Məlumat üçün bildirək ki, güləş yarışları dairəvi sistem üzrə keçiriləcək. Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparacaq. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışacaq.

50 kq çəki dərəcəsində təmsilçimiz Cabbar Nəcəfov B yarımqrupunda mübarizə aparır. Onun rəqibləri Moldova, İran və Türkiyə güləşçiləri olub.
1-ci dövrə - Uğur Beytekin (TUR) - Cabbar Nəcəfov 0:10
2-ci dövrə - Mohamedrza Ağaniaçarı (İRİ)- Cabbar Nəcəfov 5:9
3-cü dövrə - Dorin Cojocari (MDA) - Cabbar Nəcəfov 0:8

Təmsilçimiz finladan Özbəkistan güləşçisi İlxom Baxromovla görüşəcək. 69 kq çəki dərəcəsində mübarizə aparan İslambek Dadov isə A yarımqrupunda mübarizə aparır. Final yolunda güləşçimiz Özbəkistan və Misirdən olan rəqiblərini üstələyib. Güləşçimizin növbəti görüşü Qazaxstan təmsilçisi ilə olacaq

1-ci dövrə - İslambek Dadov - Abubakr Alimov (UZB) 5:0
2-ci dövrə - İbrahim Omar (EGY) - İslambek Dadov 0:5
3-cü dövrə - Yevgeniy Polivadov (KAZ) - İslambek Dadov (14:00-da başlayacaq)

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm