
UEFA Avropa Liqasının pley-off mərhələsinin "Tvente" - "Qarabağ" matçı canlı yayımlanacaq.
Publika.az xəbər verir ki, qarşılaşma "İdman Azərbaycan"ın proqramına salınıb.
Azarkeşlər avqustun 28-də keçiriləcək və Bakı vaxtı ilə saat 22:30-da başlayacaq qarşılaşmanı "İdman Azərbaycan" kanalı vasitəsi ilə canlı izləyə biləcəklər.
Qeyd edək ki, Bakıda baş tutmuş ilk matçda hesab açılmamışdı - 0:0.