Mövsümün 3-cü göstəricisi-“Qəbələ” vahid liderdi
Bizi izləyin

İdman

Mövsümün 3-cü göstəricisi-“Qəbələ” vahid liderdi

Mövsümün 3-cü göstəricisi-“Qəbələ” vahid liderdi

Premyer Liqada qış fasiləsi başa çatıb və XIX turun oyunları keçirilib. Publika.az xəbər verir ki, turun 5 matçında qapılara 16 qol vurulub. Bu hər oyuna orta hesabla 3.2 qol deməkdi.

Bundan əvvəl sadəcə bir dəfə - VI turun 5 oyununda qapılara 16 qol vurulmuşdu. 16 top 19 turun üçüncü ən yaxşı göstəricisidi. Belə ki, XII turda qapılara 22, XVIII turda 17 qol vurulub.

XIX turda ən çox qol "Bakı" - "Rəvan" oyununda qeydə alınıb - 6 top (5:1). "Neftçi" - "Simurq" (3:0), "Sumqayıt" - "Qəbələ" (0:3) və "İnter" - AZAL (2:1) matçlarında 3, "Qarabağ" - "Xəzər Lənkəran" (0:1) oyununda 1 qol vurulub.

19 turun 95 oyununda qapılara ümumilikdə 229 qol vurulub. Bu hər oyuna orta hesabla 2.41 top deməkdi.

XIX turun oyunlarından sonra Azərbyacan Premyer-Liqasında lider də dəyişib. “Qəbələ” “Qarabağ”ın büdrəməsindən yararlanaraq vahid lider olub.

Turnir cədvəli

1 Qəbələ 19 12 2 5 39-16 38

2 Neftçi 19 11 4 4 30-19 37

3 Qarabağ 19 10 6 3 31-12 36

4 İnter 19 9 3 7 29-22 30

5 Bakı 19 9 3 7 34-22 30

6 XL 19 6 7 6 17-24 25

7 Simurq 19 6 6 6 19-17 25

8 AZAL 19 6 6 7 18-25 24

9 Rəvan 19 1 6 12 10-37 9

10 Sumqayıt 19 1 4 14 11-35 7

Oxumağa davam et
Reklam
Reklam

Gündəm