“Qartal” Ronaldinyo məsələsini bitirdi
Bizi izləyin

İdman

“Qartal” Ronaldinyo məsələsini bitirdi

“Qartal” Ronaldinyo məsələsini bitirdi

"Beşiktaş"ın futbol şöbəsinin rəhbəri Ahmet Nur Çebi yeni transferlərdən danışıb.

Publika.az xəbər verir ki, klub rəsmisi yerli mətbuata açıqlamasında 2 transfer edəcəklərini bildirib.

"Heyətimizi iki futbolçu ilə gücləndirəcəyik. Bu həftə olmasa da, gələn həftə hər iki futbolçu mütləq gələcək".

Nur Çebi Ronaldinyodan da söz açıb:

"Ronaldinyo ilə bağlı çox danışmaq lazım deyil. Lakin o da "Beşiktaş"a gəlmək istəyir. Onun qardaşı Türkiyədədi və bu barədə söhbət etmişik.

"Beşiktaş"ın Ronaldinyoya ötən mövsüm ehtiyacı olduğunu demişik. Bu mövsüm ona ehtiyacımız yoxdu. Artıq Ronaldinyo məsələsi bitdi".

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm