Superkubokun qalibi "Fənərbaxça" oldu
Bizi izləyin

İdman

Superkubokun qalibi "Fənərbaxça" oldu

Futbol üzrə Türkiyə Superkubokunun yeni sahibi bəlli olub. Publika.az xəbər verir ki, həlledici görüşdə son Superlliqa çempionu "Fənərbaxça" və ölkə kubokunun sahibi "Qalatasaray" üz-üzə gəlib.

Manisada keçirilən oyunun əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən əlavə yarım saat oynanılıb. Amma bu vaxt ərzində də tərəflər qapılara yol tapa bilməyiblər. Nəticədə, qalibi müəyyənləşdirmək üçün penaltilərə ehtiyac duyulub. Həlledici zərbələri daha dəqiq yerinə yetirən "Fənərbaxça" Türkiyə Superkubokunun qalibi adını qazanıb.

Qeyd edək ki, ötən mövsüm də superkubokda bu komandalar üz-üzə gəlmiş və "Qalatasaray" mükafata sahib çıxmışdı.

Türkiyə Superkuboku

25 avqust

Fənərbaxça - Qalatasaray - 0:0 (penaltilər - 3:2)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm