“Xəzər Lənkəran” azarkeşlərinə “rüşvət”
Bizi izləyin

İdman

“Xəzər Lənkəran” azarkeşlərinə “rüşvət”

“Xəzər Lənkəran” azarkeşlərinə “rüşvət”

Azərbaycan Premyer Liqasının IV turunun "Xəzər Lənkəran" - "İnter" matçına bilet satılmayacaq.

Publika.az xəbər verir ki, Lənkəran klubunun prezidenti Mais Mənsimovun qərarına əsasən azarkeşlər üçün oyuna giriş sərbəst olacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran" ilk 3 turda 8 xal itirib. Mövsümün yeganə xalını ilk turun AZAL-la oyununda qazanan “ağ-yaşıllar” azarkeşləri narazı salıb.Yəqin ki, "Xəzər Lənkəran" rəhbərliyi bu yolla azarkeşlərin könlünü almaq istəyir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm