Olimpiya çempionumuz içki məclisində - "Dionis" də mat qaldı - FOTOLAR
Bizi izləyin

İdman

Olimpiya çempionumuz içki məclisində - "Dionis" də mat qaldı - FOTOLAR

Olimpiya çempionumuz içki məclisində-FOTOLAR

Dünyanın tanınmış idmançıları təkcə qazandıqları nailiyyətlərlə yox, həm də idmandankənar həyatları ilə də mətbuatın gündəminə gəlirlər.

Daha çox da idman rejimini pozmaları-gecə həyatı, eyş-işrət, içki məclisləri ilə. Son vaxtlar Azərbaycanın tanınmış idmançıları da bu qəbildən olan olaylarla mətbuatın gündəmində olurlar. Azərbaycanlı idmançıların siqaret, qəlyan çəkərkən, spirtli içiki qəbul edərkən çəkilən şəkilləri cəmiyyətdə böyük əks-səda doğurur.

Cəmiyyət böyük pullar qazanan idmançıların belə hərəkətlərini birmənalı qəbul etmir. İdmançılar isə cəmiyyətin rəyini nəzərə almadan belə şəkilləri nümayişkaranə surətdə sosial şəbəkələrdə paylaşırlar. Publika.az xəbər verir ki, Olimpiya çempionu Fərid Mansurovun da belə şəkilləri sosial şəbəkədə yayılıb.

Dostları ilə Bakıdakı Meksika restoranlarının birində olan Fərid Mansurovun əlində Korona Ekstra pivəsi tutub. Onun tərkibində 4.6 faiz spirt var. Meksika restoranlarında bu pivəni adətən tünd Meksika içkisi olat tekiladan sonra içirlər. Tekilanın spirt göstəricisi isə 38 faizdir.

Düzdür, Fərid Mansurov idmançı karyerasını başa vurub. Ancaq o Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidentidir. Özü də gənclər üzrə. Deməli, həm də gənc idmançılara idman rejimini qorumaq baxımından nümunə olmalıdı.

Dost məclislərində Fəridin spirtli içki qəbul etməsinə kimsə irad tuta bilməz. Amma bunu nümayişkarənə şəkildə sosial şəbəkədə yaymaqla, idmançılara pis nümunə göstərmək də məqbul deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm