“Hafka” pul tapmır, AFFA cərimələyir
Bizi izləyin

İdman

“Hafka” pul tapmır, AFFA cərimələyir

“Hafka” pul tapmır, AFFA cərimələyir

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

“Bakı” – “Qəbələ” matçında “Bakı”nın azarkeşləri tərəfindən açılmış pankarta görə klub 5000 manat cərimə olunub.

“Simurq” – “Xəzər Lənkəran” matçının 90+2-ci dəqiqəsində “Simurq”un futbolçusu Draqan Çeran hakimi təhqir etdiyinə görə, birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb.

Klub isə 4000 manat cərimə olunub. Oyunun 90+3-cü dəqiqəsində “Simurq”un azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm