Həbsdə olan azarkeşin anası danışdı
Bizi izləyin

İdman

Həbsdə olan azarkeşin anası danışdı

Həbsdə olan azarkeşin anası danışdı

"Xəzər Lənkəran"ın sadiq azarkeşi Elman Tağıyevin həbsindən 1 il ötdü.

Publika.az xəbər verir ki, Elmanın anası Emilya Tağıyeva oğlunun durumu ilə bağlı danışıb. Futbolpress.az saytına açıqlama verən ana, oğlunun günahsız yerə həbs edildiyini bildirib:

"Mənim oğlumu sırf azarkeş olduğu üçün həbs ediblər. Onun günahı sübuta yetirilməyib. Amma nəyəsə görə azadlığa buraxmırlar. İnanıram ki, növbəti məhkəmədə ədalətli qərar çıxaracaqlar".

Emilya xanım Elmanın məhkəmə prosesləri barədə də məlumat verib:

"Oğluma fevral ayının 1-i 3 il iş kəsilib. Daha sonra biz apellyasiya məhkəməsinə şikayət etmişik. Şirvan Apellyasiya Məhkəməsi şikayətimizi təmin etmyib. Ondan sonra 7 məhkəmə prosesi keçirilib. Məhkəmələrin hamısı təxirə salınıb. Məsələni uzadırlar. Vəkil Əliheydər Hüseynov deyir ki, tezliklə uşaqları buraxacaqlar. Növbəti məhkəmə sentyabrın 12-də olacaq".

Azarkeşin anası Elikonun saxlanma yeri və vəziyyəti barədə də danışdı:

"Hazırda Şüvəlan həbsxanasında saxlanılır. Yanına getmək olur. Buraxılışda problem yoxdur. Elmanın sağlamlığı qaydasındadır".

Qeyd edək ki, Elman Tağıyev ötən ilin avqustun 25-də "Xəzər Lənkəran" - "Neftçi" oyununda baş vermiş insidentlə bağlı saxlanılıb və 3 il həbs cəzasına məruz qalıb.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm