
Mətbuatda Nazim Süleymanovun "Xəzər Lənkəran"a qayıtması ilə bağlı məlumat yayılıb.
İddialara görə, Süleymanov "Xəzər Lənkəran"da idman direktoru vəzifəsini tutacaq.
Məsələyə aydınlıq gətirmək üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq.
Publika.az-a danışan klub rəsmisi xəbəri təkzib edib:
“Xeyr, Nazim Süleymanov idman direktoru təyin olunmayıb. Bu məsələ hələ ki, bizim gündəmimizdə deyil”.
Aygün İlqarqızı