Süleymanov danışdı: “Yəqin ki, Lənkərana ruhum gedib”
Bizi izləyin

İdman

Süleymanov danışdı: “Yəqin ki, Lənkərana ruhum gedib”

Süleymanov danışdı: “Yəqin ki, Lənkərana ruhum gedib”

Mətbuatda Nazim Süleymanovun "Xəzər Lənkəran"a qayıtması ilə bağlı məlumat yayılıb.

İddialara görə, Süleymanov "Xəzər Lənkəran"da idman direktoru vəzifəsini tutacaq. Publika.az-a danışan klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu xəbəri təkzib etmişdi.

Nazim Süleymanov da məsələ ilə bağlı mövqeyini açıqlayıb. Süleymanov Publika.az-a bildirdi ki, yayılan məlumatın heç bir əsası yoxdur:

“Deyirlər ki, mən Lənkərana getmişəm. Ancaq Bakıdayam, indicə yuxudan durub sizinlə danışıram. Yəqin ki, Lənkərana ruhum gedib. “Xəzər Lənkəran”ın idman direktoru vəzifəsinə təynat almağımla bağlı yayılan xəbərin heç bir əsası yoxdur.

Hazırda işsizəm, hansısa klubdan təklif almamışam. Təklif alaramsa, masa arxasında oturub bunu müzakirə etməyə də hazıram”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm