Məktub yazdı - İddialara cavab verdi
Bizi izləyin

İdman

Məktub yazdı - İddialara cavab verdi

Məktub yazdı - İddialara cavab verdi

"Real"dan 59,7 milyon avro qarşlığında "Mançester Yunayted"ə keçən Anxel Di Mariya maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb.

Pulika.az xəbər verir ki, Di Mariya İspaniyanın məşhur "Marca" dərgisinə göndərdiyi məktubda iddialara belə cavab verib:

"Mənim üçün qiymətli olan çox şey var. Heç də bunların çoxu maaşımla əlaqəli deyil. Sadəcə mənə qarşı ədalətli davranış gözləyirdim. Məsələ təkcə pulda deyildi. "Real"da fantastik futbolçularla eyni paltardəyişmə otağını bölüşmək çox xoş idi.

Razıyam, bəzən səhvlərə yol verdiyim anlar oldu. Bunun üçün üzrxahlıq etmək istəyirəm. Meydanda və ondan kənarda heç kimdən incikliyim olmayıb. "Real"dakı vaxtım başa çatdı.

Yaxşı və pis günlərimdə mənə dəstək verən komanda yoldaşlarıma təşəkkür edirəm. Uğurlu mövsüm keçirmələrini arzulayıram.

Superkubok matçında meydana daxil olduğum zaman azarkeşlərin dəstəyini heç vaxt unutmaram. Məni nə qədər sevdiklərini göstərdilər. Sonsuza qədər "Hala Madrid!"

Qeyd edək ki, Di Mariyanın "Real"ı pula görə tərk etdiyi iddia olunur. İddialara görə, futbolçu mövsümə 3,5 milyon avroluq məvacibə razılaşmayaraq, bu məbləğin 8 milyona qaldırılmasını tələb edib. Tələbi klub rəhbərliyi tərəfindən rədd edildiyi üçün “Real”ı tərk edib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm