Ərdoğan onu Rusiya sərhədçilərinin əlindən qurtardı
Bizi izləyin

İdman

Ərdoğan onu Rusiya sərhədçilərinin əlindən qurtardı

Ərdoğan onu Rusiya sərhədçilərinin əlindən qurtardı

Turkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Trabzonspor"u futbolçusu Belkalemin Rusiyaya getməsinə yardım edib.

Publika.az xəbər verir ki, "Trabzonspor" "Rostov"la oynayacağı Avroliqanın revanş matçı üçün Rusiyaya gedərkən çətin anlar yaşayıb. "Fırtına"nın əlcəzairli müdafiəçisi Belkalemin pasportunda bir vərəq cırıldığı üçün Rusiya sərhədçiləri tərəfindən ölkəyə buraxılmayıb.

Buna görə, klubun prezidenti İbrahim Hacıosmanoğlu Moskvadakı səfirliklə əlaqə saxlayaraq problemin həll edilməsini xahiş edib. Problemin həllinin yubandığını görən Hacıosmanoğlu səfirlik əməkdaşlarına əsəbiləşib:

"Burada Türkiyəni təmsil edirsiniz amma Türkiyənin aşağılanmasına göz yumursunuz".

Daha sonra klub rəhbəri əlaqələrinin yaxşı olduğu Rəcəb Tayyib Ərdoğanla əlaqə saxlayıb, məsələni anladıb. Klub rəhbəri vəziyyəti Ərdoğana izah etdikdən təxminən 10 dəqiqə sonra problem ortadan qaldırılıb və Belkalemin Rusiyaya girişinə icazə verilib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm