Teymur Məmmədov Olimpiya çempionu oldu - VİDEO
Bizi izləyin

İdman

Teymur Məmmədov Olimpiya çempionu oldu - VİDEO

Teymur Məmmədov Olimpiya çempionu oldu - VİDEO

Yeniyetmələrin II Olimpiya Oyunlarında güləş yarışları keçirilir.

Publika.az xəbər veriri ki, üçüncü yarış günündə sərbəst güləşçilər mübarizə aparıb.

Güləşçilər hər çəki dərəcəsində 2 yarımqrupda mübarizə aparır. Yarımqrup birinciləri finalda, ikinciləri isə bürünc medal uğrunda yarışır.

63 kq çəki dərəcəsində təmsilçimiz Teymur Məmmədov A yarımqrupunda Gürcüstan, CAR və Palav təmsilçiləri ilə qarşılaşıb. 3 görüşdə rəqiblərindən 32 xal alan güləşçimiz, heç bir rəqibinə xal vermədən finala yüksəlib. Finalda Teymur Venesuela idmançısına da heç bir şans verməyib və Olimpiya çempionu olub.

100 kq çəkidə İqbal Hacızadənin yarımqrupda rəqibləri isə, Meksika, Misir və Braziliya güləşçiləri olub. Bütün görüşlərini qələbə ilə başa vuran güləşçimiz rəqiblərinə heç bir xal vermədən 26 xal qazanıb və finala yüksəlib. Finalda İqbal Moldova güləşçisi ilə qarşılaşacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm