Bolqarıstanın önünə onlar çıxacaq
Bizi izləyin

İdman

Bolqarıstanın önünə onlar çıxacaq

Bolqarıstanın önünə onlar çıxacaq

Berti Foqts milli komandanın heyətini açıqlayıb.

Publika.az xəbər verir ki, alman çalışdırıcı Rusiya və Bolqarıstanla oyunlar üçün 22 futbolçuya dəvət göndərib. Daha 6 oyunçunun adı isə ehtiyat heyətə salınıb.

Qeyd edək ki, milli komandamız sentyabrın 3-də Moskva şəhərində Rusiya yığması yoldaşlıq oyunu keçirəcək, sentyabrın 9-da isə AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində "Bakcell Arena"da Bolqarıstan komandası ilə qarşılaşacaq.

Bu oyunlara hazırlıq məqsədilə millimiz sentyabrın 1-dən 4-dək Moskva şəhərində, sentyabrın 5-dək 9-dək isə Bakıda təlim-məşq toplanışında olacaq.

Qapçılar: Kamran Ağayev (Qəbələ), Səlahət Ağayev (İnter), Emil Balayev (Neftçi).

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov (ikisi də "Qarabağ"), Rasim Ramaldanov (Xəzər Lənkəran), Elvin Yunuszadə (Neftçi), İlkin Qırtımov (Simurq), Ruslan Əmircanov (Qəbələ), Mahir Şükürov (Karşıyaka, Türkiyə), Ufuk Budak (Qaziantep BB, Türkiyə).

Yarımmüdafiəçilər: Ruslan Abışov, Cavid Hüseynov (ikisi də "Qəbələ"), Qara Qarayev (Qarabağ), Araz Abdullayev (Neftçi), Rahid Əmirquliyev (Xəzər Lənkəran).

Hücumçular: Vüqar Nadirov (Qarabağ), Rauf Əliyev (Xəzər Lənkəran), Vaqif Cavadov (Qaziantep BB, Türkiyə), Cihan Özkara (Sivasspor, Türkiyə), Rüfət Dadaşov (Tsvaybrüken, Almaniya), Dmitri Nazarov (Karlsruher, Almaniya).

Ehtiyat oyunçular

Müdafiəçilər: Elnur Allahverdiyev (Qəbələ), Ali Gökdemir (Simurq).

Yarımmüdafiəçilər: Abdulla Abasıyev (İnter), Taşkın İlter (Ayntraxt Braunşveyq, Almaniya), Tuğrul Erat (Fortuna, Almaniya).

Hücumçu: Ağabala Ramazanov (Xəzər Lənkəran).

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm