• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xanımın inanılmaz səhvi nə ilə nəticələndi? - FOTOLAR

  • İdman
  • 27 Avqust 2014 18:23
  • 1 013 Baxış
Xanımın inanılmaz səhvi nə ilə nəticələndi? - FOTOLAR

"Mançester Yunayted"in İngiltərə Liqa Kubokunda “Milton Kins Dons”a 0:4 hesabı ilə uduzması hər kəsi şoka salıb.

III divizion klubuna bu hesabla məğlubiyyət MY-nin ciddi problemlərinin olmasının gözstəricisidir.

Ancaq həmin oyunla bağlı günü maraqlı hadisə baş verib. Belə ki, İngiltərədə yaşayan Holli Qriffits adlı bir xanım sözügedən matçın nəticəsinə görə yaxşı pul qazanıb.

Publika.az xəbər verir ki, MY azarkeşi olan xanım sevimli komandasının 4:0 hesabı ilə qalib gələcəyini pul qoyuluşu etmək istəyib. Amma səhvən rəqib komandanın qələbəsinə pul yatırıb. Holli Qriffits 2,5 funt sterlinq müqabilində 1250 funt sterlinq (1500 dollar) qazanıb.

O, həmin kuponu "Twitter" hesabından paylaşıb.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR