"Qartal"ın qanadı qırıldı, ÇL- də bütün iştirakçılar müəyyənləşdi
Bizi izləyin

İdman

"Qartal"ın qanadı qırıldı, ÇL- də bütün iştirakçılar müəyyənləşdi

Çempionlar Liqasının qrup mərhələsində iştirak edəcək bütün komnadalar müəyyənləşib. Publika.az xəbər verir ki, 32 komandanın yekun siyahısına bu gün aydınlıq gəlib.

Qrup mərhələsinin 10 iştirakçısı "pley-off"da müəyyənləşib. Qalan 22 komanda isə birbaşa həlledici mərhələyə vəsiqə qazanıb.

Qrup mərhələsində ən çox komanda ilk İspaniya, İngiltərə və Almaniya təmsil olunacaq - 4. Portuqaliyaın 3, İtaliya, Fransa və Rusiyanın 2, İsveç, Bolqarıstan, Cənubi Kipr, Belarus, Sloveniya, Ukrayna, Hollandiya, Türkiyə, Belçika, Yunanıstan və İsveçrənin isə 1 komandası bu mərhələdə iştirak edəcək.

"Pley-off"dan qrupa vəsiqə qazananlar

Arsenal (İngiltərə), Malmö (İsveç), Bayer (Almaniya), Atletik (İsianiya), Ludoqorets (Bolqarıstan), Zenit (Rusiya), APOEL (Cənubi Kipr), BATE (Belarus), Maribor (Sloveniya), Portu (Portuqaliya).

Birbaşa qrupa vəsiqə qazananlar

Real, Atletiko, Barselona (üçü də İspaniya), Mançester Yunayted, Liverpul, Çelsi (üçü də İngiltərə), Bavariya, Borussiya (Dortmund), Şalke 04 (üçü də Almaniya), Yuventus, Roma (ikisi də İtaliya), Benfika, Sportinq (ikisi də Portuqaliya), PSJ, Monako (ikisi də Fransa), Şaxtyor (Ukrayna), ÇSKA (Rusiya), Ayaks (Hollandiya), Qalatasaray (Türkiyə), Axderlext (Belçika), Olimpiakos (Yunanıstan), Bezel (İsveçrə).

Çempionlar Liqasının pley-off mərhələsində uduzan 10 komanda Avropa Liqasının qrupuna vəsiqə əldə edib. Onlar 9 müxtəlif ölkəni təmsil edir.

Bununla da Avroliqanın qrupunda çıxış edəcəyi dəqiqləşən komandaların sayı 17-yə çatıb. Belə ki, 7 komanda birbaşa bu mərhələyə vəsiqə qazanıb. Qrupun qalan 32 iştirakçısı bu gecə keçiriləcək pley-off mərhələsinin oyunlarından sonra müəyyənləşəcək. Onlardan ikisi Azərbaycan təmsilçisi - "Qarabağ" və "Neftçi" ola bilər.

Çempionlar Liqasından Avropa Liqasına vəsiqə qazananlar

Olborq, Kopenhagen (hər ikisi Danimarka), Beşiktaş (Türkiyə), Napoli (İtaliya), Styaua (Rumıniya), Zalsburq (Avstriya), Slovan (Slovakiya), Seltik (Şotlandiya), Lill (Fransa), Standard (Belçika).

Birbaşa Avropa Liqasının qrpu mərhələsinə vəsiqə qazananlar

Sevilya (İspaniya), Everton (İngiltərə), Volfsburq (Almaniya), Fiorentina (İtaliya), Estoril (Portuqaliya), Genqam (Fransa), Dinamo (Ukrayna).

Oxumağa davam et
Reklam
Reklam

Gündəm