Azərbaycan üçün tarixi gün
Bizi izləyin

İdman

Azərbaycan üçün tarixi gün

Azərbaycan üçün tarixi gün

Bu gün Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilir.

Publika.az xəbər verir ki, Azərbaycanın bu turnirindəki təmsilçilərini - "Neftçi" və “Qarabağ”ı da çətin sınaq gözləyir.

Paytaxt klubu Serbiya "Partizan"ı ilə mübarizə aparır. Bu rəqiblə Belqraddakı ilk oyun meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə baş çatıb. Bu üzdən də təmsilçimizə hətta 1:0 və ya 2:1 hesablı qələbələr də sərf edir.

"Neftçi" iki il öncə qarşılaşdığı və hər iki oyunda sülh bağladığı (0:0, 1:1) bu komandanı keçsə, tarixində ikinci dəfə Avroliqanın qrup mərhələsində oynamaq şansı qazanacaq.

Ağdam klubu isə Hollandiya "Tvente"si ilə mübarizə aparır. Bu rəqiblə Bakıdakı ilk oyun qolsuz başa çatdığı üçün təmsilçimizə cavab oyununda hətta qollu heç-heçə də sərf edir.

"Qarabağ" beş il öncə məhz pley-off mərhələsində uduzduğu bu komandanı keçsə, ilk dəfə Avroliqanın qrup mərhələsində oynamaq şansı qazanacaq.

Hər iki komandamızın qrup mərhələsinə vəsiqə əldə etməsi Azərbaycan üçün tarixi uğur olacaq.

Avropa Liqası

Pley-off mərhələsi (cavab oyunu)

28 avqust

21:00. Neftçi – Partizan

Hakimlər: Robert Şörgenhofer, Mattias Vinsayer, Roland Brandner, Dominik Ousxan

(Avstriya).

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

İlk oyun - 2:3

22:30. Tvente – Qarabağ

Hakimlər: Paolo Silvio Matsoleni, Lorenso Manqanelli, Alessandro Petrella, Sebastyano Perutso (İtaliya).

Enshede. "Tvente" stadionu.

İlk oyun - 0:0

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm