• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Yayın 10 cəlbedici “bazarlığı”

  • İdman
  • 28 Avqust 2014 11:35
  • 748 Baxış
Yayın 10 cəlbedici “bazarlığı”

Artıq Avropada yay transfer dönəmi yekunlaşmaq üzrədir.

Klublar son alqı-satqı əməliyyatlarını həyata keçirilər. Mətbuat isə yay transfer dönəminin 10 ən yaxşı keçidini müəyyənləşdirib.

Publika.az Avropada böyük marağa səbəbə olan 10 “bazarlığı” təqdim edir:

1. Robert Levandovski - "Borussiya"dan (Dortmund) "Bavariya"ya azad agent olaraq transfer edilib.

2. Luis Suares - "Liverpul"dan "Barselona"ya 81 milyon avroya transfer edilib.

3. Dieqo Kosta - "Atletiko"dan "Çelsi"yə 38 milyon avroya transfer edilib.

4. Ceyms Rodriges - "Monako"dan "Real"a 80 milyon avroya transfer edilib.

5. Sesk Fabreqas - "Barselona"dan "Çelsi"yə 33 milyon avroya transfer edilib.

6. Anxel di Maria - "Real"dan "Mançester Yunayted"ə 75 milyon avroya transfer edilib.

7. Aleksis Sançes - "Barselona"dan "Arsenal"a 37,8 milyon avroya transfer edilib.

8. Toni Kroos - "Bavariya"dan "Real"a 30 milyon avroya transfer edilib.

9. Mario Balotelli - "Milan"dan "Liverpul"a 20 milyon avroya transfer edilib.

10. Antoine Qriezmann - "Real Sosyedad"dan "Atletiko"ya 30 milyon avroya transfer edilib.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR