Azərbaycanın İngiltərədəki klubu 10 qol vurdu
Bizi izləyin

İdman

Azərbaycanın İngiltərədəki klubu 10 qol vurdu

Azərbaycanın İngiltərədəki klubu 10 qol vurdu

Futzal üzrə İngiltərə çempionu "Baku Yunayted" (BY) UEFA Kubokunun təsnifat mərhələsində ilk oyununu keçirib.

Publika.az xəbər verir ki, azərbaycanlı iş adamlarına məxsus klub ilk oyununda rəqib qapısından 10 top keçirib.

Cəbəllüttariqin "Gibraltar Skorpions" komandası ilə üz-üzə gələn BY rəqibini 10:0 hesabı ilə darmadağın edib.

Qrupun digər qarşılaşmasında meydan sahibi Bosniya və Herseqovinanın "Sentar Sarayevo" klubu İsveçin "Malmö Siti" komandasını 7:1 üstələyib.

Bu gün "Baku Yunayted" qrupda 2-ci oyununu keçirəcək. İngiltərə çempionunun rəqibi "Malmö Siti" olacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm