Türk mütəxəssis: ““Neftçi” “Qarabağ”dan şanslıdır”
Bizi izləyin

İdman

Türk mütəxəssis: ““Neftçi” “Qarabağ”dan şanslıdır”

Türk mütəxəssis: ““Neftçi” “Qarabağ”dan şanslıdır”

“Turan”ın keçmiş baş məşqçisi Naci Şensoy “Qarabağ” və “Neftçi”nin avroliqadakı çıxışını dəyrləndirib.

Publika.az-a danışan təcrübəli mütəxəssis “Neftçi”nin “Qarabağ”dan daha çox şanslı olduğunu bildirdi:

“Azərbaycan futbolunda Avroliqanın qrup mərhələsində oynamış bir komanda - “Neftçi” var . Amma “Qarabağ” da Avroliqada uğurla çıxış edib. Ancaq onu vurğulayım ki, bu mərhələdə “Neftçi”nin şansı daha böyükdür. Çünki “ağ-qaralar” çox asan şəkildə qol vura bilən bir komandadır.

Amma “Neftçi” həm də çox asanlıqla qol da buraxır. “Partizan” təcrübəli komandadır. “Neftçi” müdafiəsini azacıq da olsa düzəldə bilərsə və qol buraxmazsa, inanıram ki, “Partizan”a qalib gələcək.

“Qarabağ” isə güclü “Tvente” ilə oynayacaq. Onun da şanslar az deyil. Ancaq “Qarabağ”ın futbolçuları özlərinə olan inamı evdə olduğu kimi Hollandiyada da göstərməlidirlər. Belədə səfərdən müsbət nəticə ilə qayıda bilərlər”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm