• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İlginc olay – Ağlasığmaz qəhrəmanlıq – VİDEO

  • İdman
  • 28 Avqust 2014 14:26
  • 796 Baxış
İlginc olay – Ağlasığmaz qəhrəmanlıq – VİDEO

Çempionlar Liqasının pley-off mərhələsinin "Ludoqorets" (Bolqarıstan) - "Styaua" (Rumıniya) oyununda maraqlı hadisə baş verib.

Publika.az xəbər verir ki, sahə oyunçusu penalti seriyasında Bolqarıstan klubunun qapısını qoruyub.

Belə ki, ilk oyunda 0:1 hesabı ilə yenilən "Ludoqorets" evdə istədiyi nəticəni qazanıb - 1:0. Əlavə vaxtda qol olmadığından qalib penalti seriyasında müəyyənləşib. Bu zaman daha dəqiq olan bolqarlar mərhələ adlayıb - 6:5.

Penalti seriyasında Kosmin Moti qəhrəmanlıq edib. Belə ki, 119-cu dəqiqədə "Ludoqorets"in qapıçısı Vladislav Stoyanov qırmızı vərəqə alıb. Hər üç dəyişiklik haqqından istifadə edildiyi üçün qapıya müdafiəçi Kosmin Moti keçməli olub.

"Ludoqorets"in ilk penaltsini vuran və dəqiq olan Moti ardınca Paul Parvulesku və Kornel Rapanın zərbələrini dəf edərək komandasını qrup mərhələsinə daşıyıb.

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR