Avropanın gözü Monakoda
Bizi izləyin

İdman

Avropanın gözü Monakoda

Avropanın gözü Monakoda

Bu gün Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimim keçiriləcək.

Publika.az xəbər verir ki, Monakoda baş tutacaq mərasim Bakı vaxtı ilə saat 20.45-də başlayacaq.

Qrup mərhələsində 32 komanda iştirak edəcək. Onlardan 22-si birbaşa qrupa vəçsiqə qazanıb, 10-u "play-off"un qalibidi. 32 komanda 8 qrupa bölünəcək. UEFA iştirakçıları 4 səbətə bölüb və hərəsində 8 komanda yer alıb. Hər səbətdən qrupa bir komanda düşəcək.

Qrupda Azərbaycan təmsilçisi olmasa da, ölkəmizdə böyük azarkeş kütləsinə sahib Türkiyə "Qalatasaray" mübarizə aparacaq. İstanbul nəhəngi 3-cü səbətdə yer alıb.

Qrup mərhələsində ən çox komanda ilə İspaniya, İngiltərə və Almaniya təmsil olunacaq - 4. Portuqaliyaın 3, İtaliya, Fransa və Rusiyanın 2, İsveç, Bolqarıstan, Cənubi Kipr, Belarus, Sloveniya, Ukrayna, Hollandiya, Türkiyə, Belçika, Yunanıstan və İsveçrənin isə 1 komandası bu mərhələdə iştirak edəcək.

1-ci səbət

Real (İspaniya)

Barselona (İspaniya)

Bavariya (Almaniya)

Çelsi (İngiltərə)

Benfika (Portuqaliya)

Atletico (İspaniya)

Arsenal (İngiltərə)

Porto (Portuqaliya)

2-ci səbət

Şalke (Almaniya)

Borussiya (Dortmund, Almaniya)

Yuventus (İtaliya)

PSJ (Fransa)

Şaxtyor (Ukrayna)

Bazel (İsveçrə)

Zenit (Rusiya)

Mançester Siti (İngiltərə)

3-cü səbət

Bayer (Almaniya)

Olimpiakos (Yunanıstan)

ÇSKA (Moskva, Rusiya)

Ayaks (Hollandiya)

Liverpul (İngiltərə)

Sportinq (Portuqaliya)

Qalatasaray (Türkiyə)

Atletik (İspaniya)

4-cü səbət

Anderlext (Belçika)

Roma (İtaliya)

APOEL (Kipr)

BATE (Belarus)

Ludoqorets (Bolqarıstan)

Maribor (Sloveniya)

Monako (Fransa)

Malmö (İsveç)

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm