"Qarabağ"ın olduqca güclü "silah"ı var"
Bizi izləyin

İdman

"Qarabağ"ın olduqca güclü "silah"ı var"

"Qarabağ"ın olduqca güclü "silah"ı var"

"Qarabağ"ın sabiq baş məşqçisi Şahin Diniyev Ağdam təmsilçisinin Avropa Liqasının qrup mərhələsinə yüksəlmək şansları barədə fikirlərini bölüşüb.

Publika.az xəbər verir ki, təcrübəli mütəxəssis komandamızın səfərdə oynamasına baxmayaraq, şansları bərabər qiymətləndirib.

Diniyev "Qarabağ"ın mütləq qol şansı yaxalayacağını dilə gətirib. O, Reynaldo amilini xüsusi qeyd edib:

"Təkrar görüş öncəsi tərəflərin gücünə qiymət vermək çətindi. "Tvente" ilk oyunda gördüyümüz gücdədirsə, "Qarabağ"ın mərhələni keçmək şansı böyükdü. Ağdamlıların Bakıdakı oyunda hücumlarının alınmamasının səbəbi "Tvente"nin böyük qüvvəylə müdafiə olunması idi. İndi rollar dəyişilib.

Çünki ilk oyunda Azərbaycan çempionunun müdafiəsini, Enşhede təmsilçisinin isə hücum potensialını görmədik. Hollandiyada "Tvente"nin hücum etmək, Qurban Qurbanovun yetirmələrinin isə müdafiə olunmaq bacarığını görəcəyik. Səfərdə vurulan hər bir qol ikiqat üstünlük verir.

"Qarabağ"ın olduqca güclü "silah"ı var - Reynaldo. Lakin hollandlar Bakıda braziliyalıya bacardığını nümayiş etdirməyə imkan vermədi. Onu fərdi qaydada heç kim tutmurdu. Reynaldonun sürət ve texnikasına qarşı qonaqlar zonal müdafiə tətbiq etmişdilər.

Ancaq evdə hollandlar açılacaq və Reynaldo üstünlüklərindən istifadə edə bilər. "Qarabağ" öz şansını gözləməlidi. Əminəm ki, oyun ərzində ağdamlılar ən azından 1 belə şans yaxalayacaqlar. Bax bundan mütləq yararlanmaq lazımdı". (Fanat.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm