Avropada 31 qarşıdurma – Bütün nəticələr
Bizi izləyin

İdman

Avropada 31 qarşıdurma – Bütün nəticələr

Avropada 31 qarşıdurma – Bütün nəticələr

Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib.

Publika.az xəbər verir ki, qitə arenalarında baş tutan 31 oyunda qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Azərbaycan çempionu "Qarabağ" Hollandiyada "Tvente"nin qonağı olub və 1:1 hesablı heç-heçə sayəsində qrupa duşub. Ölkə kubokunun sahibi "Neftçi" isə Serbiyanın "Partizan" klubuna 1:2 hesabı ilə yenilərək mübarizəni dayandırıb.

Ötən gecə Türkiyənin də iki təmsilçisi meydana çıxıb. “Trabzonspor” evdə 2:0 hesabı ilə yendiyi "Rostov"la səfərdə heç-heçə oynayaraq (0:0) qrup mərhələsinə vəsiqə qazanıb. “Karabükspor” doğma meydanda 1:0 hesabı ilə üstələdiyi "Sent-Etyen"in qonağı olub. Oyunun əsas və əlavə vaxtı meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Penalti seriyasında daha dəqiq olan "Sent-Etyen" qrupa düşüb.

Ən böyük hesablı qələbəni Münhenqladbax "Borussiya"sı qazanıb. Almanlar evdə "Sarayevo"nı 7:0 hesabı ilə yenib. Milan "İnter"i isə "Styarnan"ı 6 cavabsız qolla üstələyib - 6:0.

Avropa Liqası

Pley-off

Cavab oyunları

28 avqust

Lokomotiv (Rusiya) - Apollon (Cənubi Kipr) 1:4

Qollar: Roman Pavlyuçenko, 85 - Jan Rezek, 20. Fotiş Papulis, 51. Türam, 78. Hüqo Lopes, 84.

İlk oyun - 1:1.

Krasnodar (Rusiya) - Real Sosyedad (İspaniya) 3:0

Qollar: Joaozinyo, 71-pen. Maurisio Pereyra, 88. Ari, 90.

İlk oyun - 0:1.

Metallist (Ukrayna) - Rux (Polşa) 1:0 (əlavə vaxtda)

Qol: Kleyton, 105+1.

İlk oyun - 0:0.

Neftçi (Azərbaycan) - Partizan (Serbiya) 1:2

Qollar: Julius Vobay, 58 - Petar Şkuletiç, 24; 90+2.

İlk oyun - 2:3.

Omoniya (Cənubi Kipr) - Dinamo (Moskva, Rusiya) 1:2

Qollar: Mixael Pote, 23 - Milan Stepanov, 11 (avtoqol). Kristofer Samba, 90+3.

İlk oyun - 2:2.

PAOK (Yunanıstan) - Zimbru (Moldova) 4:0

Qollar: Fakundo Pereyra, Stefanos Atanasiadis, 45. Robert Mak, 79. Maarten Martens, 84.

İlk oyun - 0:1.

Astra (Rumıniya) - Olimpik (Lion, Fransa) 0:1

Qol: Cordan Ferri, 90.

İlk oyun - 2:1.

Rostov (Rusiya) -Trabzonspor (Türkiyə) 0:0

İlk oyun - 0:2.

Hayduk (Xorvatiya) - Dnepr (Ukrayna) 0:0

İlk oyun - 1:2.

Şaxtyor (Belarus) - PSV (Hollandiya) 0:2

Qollar: Mempis Depay, 89; 90+3.

İlk oyun - 0:1.

Şerif (Moldova) - Riyeka (Xorvatiya) 0:3

Qollar: Ligger Moreyra, 29 (avtoqol). Andrey Kramariç, 44. Moyses, 61.

İlk oyun - 0:1.

Makkabi (Təl-Əviv, İsrail) - Asteras (Yunanıstan) 3:1

Qollar: Barak Badaş, 27. Eran Zahavi, 54-pen. Rade Prisa, 75.

İlk oyun - 0:2.

Tvente (Hollandiya) - Qarabağ (Azərbaycan)

Qollar: Luk Kastaynos, 37 - Muarem Muarem, 51.

İlk oyun - 0:0.

Feyenoord (Hollandiya) - Zarya (Ukrayna) 4:3

Qollar: Mitçell Te Vrede, 18. Ruben Şkaken, 26. Maksim Biliy, 48 (avtoqol). Elvis Manu, 90+2 - Ruslan Malinovski, 56; 80. Maksim Biliy, 71.

İlk oyun - 1:1.

Midilyand (Danimarka) - Panatinaikos (Yunanıstan) 1:2

Qollar: Silvester İqbun, 73-pen - Nano, 55. Viktor Klonaridis. 74.

İlk oyun - 1:4.

Debretsen (Macarıstan) - Yanq Boyz (İsveçrə) 0:0

İlk oyun - 1:3.

Rapid (Avstriya) - HİK (Finlandiya) 3:3

Qollar: Luis Şkub, 10; 13. Dominik Vidra, 90+4 - Makumba Kandyi, 15. Nikolay Alho, 77. Demba Savage, 80-pen.

İlk oyun - 1:2.

Sparta (Çexiya) - Zvolle (Hollandiya) 3:1

Qollar: Ladislav Kreyçi, 10. Borek Doçkal, 44. Yakub Brabeç, 62 - Stefan Niyland, 83-pen.

İlk oyun - 1:1.

Sent-Etyen (Fransa) - Karabükspor (Türkiyə) 1:0 (penalti - 4:3)

Qol: Kevin Monnet-Paquet, 13.

İlk oyun - 0:1.

Torino (İtaliya) - Split (Xorvatiya) 1:0

Qol: Omar El Kadduri, 22-pen.

İlk oyun - 0:0.

Sürix (İsveçrə) - Spartak (Slovakiya) 1:1

Qollar: Yassin Çixaui, 48 - Nikolas Şpalek, 92.

İlk oyun - 3:1.

Borussiya (Münhenqladbax, Almaniya) - Sarayevo (Bosniya və Herseqovina) 7:0

Qollar: Andre Han, 20. Qranit Xaka, 24. Branimir Hrqota, 34; 67; 82. Torqan Hazard, 74-pen; 90+2.

İlk oyun - 3:2.

Hall Siti (İngiltərə) - Lokeren (Belçika) 2:1

Qolar: Robbi Bradi, 6; 55-pen - Cordan Remakle, 49.

İlk oyun - 0:1.

İnter (İtaliya) - Styarnan (İslandiya) 6:0

Qollar: Mateo Kovaciç, 28; 33; 51; Pablo Osvaldo, 47. Mauro İkardi, 69; 80.

İlk oyun - 3:0.

Nasional (Portuqaliya) - Dinamo (Belarus) 2:3

Qollar: Marko Matias, 30-pen. Ali Qazal, 53 - Çiqozie Udoji, 32; 63. Slobodan Simoviç, 40.

İlk iyun - 0:2.

Tottenhem (İngiltərə) - AEL (Cənubi Kipr) 3:0

Qolllar: Harri Kane, 45. Paulinyo, 49. Andros Tovnsend, 66-pen.

İlk oyun - 2:1.

Vilyarreal (İspaniya) - Astana (Qazaxıstan) 4:0

Qollar: Lusiano Vietto, 21; 54. Bruno Soriano, 61-pen. Nahuel Leyva, 67.

İlk oyun - 3:0.

Brügge (Belçika) - Qrasshoppers (İsveçrə) 1:0

Qol: Viktor Vazquez, 62.

İlk oyun - 2:1.

Dinamo (Xorvatiya) - Petrolul (Rumıniya) 2:1

Qollar: Duje Çop, 22. Domaqoy Antoliç, 90+6 - Albin, 59.

İlk oyun - 3:1.

Legiya (Polşa) - Aktobe (Qazaxıstan) 2?0

Qollar: Miçal Kuçarçik, 26. İvika Vrdolyak, 66-pen.

İlk oyun - 1:0.

Rio Ave (Portuqaliya) - Elfsborq (İsveç)

Qol: Esmael Qonçalves, 90+2.

İlk oyun - 1:2.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm