• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Qarabağ”a, Qurban Qurbanova təbrik düşmür

  • İdman
  • 29 Avqust 2014 11:10
  • 2 850 Baxış
“Qarabağ”a, Qurban Qurbanova təbrik düşmür

“Qarabağ”ı Avroliqanın qrup mərhələsinə vəsiqə qazandığına görə təbrik etməyəcəm.

Bunun üçün əlimdə tutarlı fakt var. Amma “Qarabağ”ı da, Qurban Qurbanovu da təbrik etmək üçün əlimdə başqa səbəb var. Özü də tutarlı səbəb.

Ancaq əvvəlcə Böyükağa Hacıyevə salam vermək istəyirəm. Sonra deməsin ki, bağda ərik var idi...

Salam əleyküm, Böyükağa müəllim. Deyirlər ki, “Partizan”la oyundan sonra tam başqa “Zəif” görüblər axı mətbuat konfransında. Demisiz ki, Vobay yorulduğu üçün özü əvəzlənməsini istəyib.

Salam əleyküm, Şakir Şəkəroviç. Biz deyəndə ki, “Neftçi”də fiziki hazırlıq qaydasında deyil, ağzınıza Ordubad əriyi yerləşmirdi.

Deyirlər ki, “sizə elə gəlmir ki, Flavinyo artıq “yatıb”” demisiz.

Bir daha salam əleyküm, Böyükağa müəllim. Flavinyonun “yatdığını” 2 il bundan əvvəl demişdik ey sizə.

Onu da deyirlər ki, demisiz ki, “ölüm, ya olum söhbəti idi”. Məqsədi də ona görə buraxmamısız meydana. Demisiz ki, Məqsəd Azərbaycan çempionatı üçün hazırdır.

Salam Allah salamıdır, Böyükağa müəllim. Onu hər dəfə verəndə almaq lazımdı.

Bir daha salam əleyküm, Şakir Şəkəroviç. Biz deyəndə ki, sizin yetişdirdiyiniz futbolçular ancaq Biləcəridən bu tərəfdə oynaya bilər, onda Ordubad bağlarından ərik dərirdiz. “Ölüm, ya olum” söhbətində yetişdirdiyiniz meyvələrdən yeyə bilməzsiz. Zəhərləyərlər sizi. Xudahafiz, Böyükağa müəllim.

***

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində oynamalıydı. “Zalsburq” məğlub edilməliydi. Vəssalam. Elə ona görə də “Qarabağ”ı təbrik etməyəcəm. Bizi Çempionlar Liqası həyəcanından məhrum etdiyinə görə.

Amma “Qarabağ”ı da, hələ üstəlik Qurban Qurbanovu da təbrik edəcəm. Azərbaycanı Böyükağa Hacıyevin “mən avroliqanın qrup mərhələsində oynamış məşqçiyəm”, Tahir Süleymanovun “biz avroliqanın qrupunda oynamış komandayıq” minnətindən xilas etdiyinə görə.

Düz 2 il idi ki, Azərbaycan bu minnətin altında əzilirdi. Azərbaycanı bu minnət yükündən qurtardığınıza görə, sizə təbrik düşür. Özü də böyük təbrik. Təbrik edirəm, “Qarabağ”! Təbrik edirəm, Qurban Qurbanov!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR