• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

“Neftçi”nin azarkeşləri həbs olundu

  • İdman
  • 30 Avqust 2014 09:51
  • 908 Baxış
“Neftçi”nin azarkeşləri həbs olundu

Dünən "Neftçi"nin bir neçə azarkeşi həbs olunub.

Publika.az xəbər verir ki, buna səbəb Bakıda "Partzan"ın avtobusunun daş-qalaq edilməsi olub. Serbiyanın ölkəmizdəki səfirliyi bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edib.

Bundan sonra da azarkeşlərin həbsi başlanılıb. Həbs olunanlardan ikisi "Forza Neftçi" azarkeş qrupunun üzvləri Sübhan və Zamin Əliyev qardaşlarıdi. “Azad azarkeş” fanklubunun rəhbəri Camal Mustafazadə də həbs olunub.

"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov xəbəri təsdiqləyib: "Bəli, bu doğrudu. Serbyanın ölkəmizdəki səfirliyi "Partizan"ın avtobusunu daşlayan azarkeşlər barədə hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra da azarkeşlər həbs olunub. Bu barədə ətraflı məlumatı hüquq-mühafizə orqanları verə bilər.

Amma, bildirmək istəyirəm ki, həmin hadisə stadion ərazisində olmayıb. Stadiondan kənarda baş verən hadisədi. Biz hər zaman azarkeşlərimizin arxasındayıq. Ölkə çempionatımızda da dəfələrlə "Neftçi"nin avtobusu daşa basılıb. Düşünürəm ki, bunu bu qədər şişirtmək lazım deyildi. Dediyim kimi, məsələ klubumuzun diqqət mərkəzindədi".

Publika.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR