Azərbaycanın İngiltərədəki klubundan daha bir 10:0
Bizi izləyin

İdman

Azərbaycanın İngiltərədəki klubundan daha bir 10:0

Azərbaycanın İngiltərədəki klubundan daha bir 10:0

İngiltərə çempionu "Baku United" futzal üzrə UEFA Kublokunun təsnifat mərhələsində ikinci oyununu keçirib.

Publika.az xəbər verir ki, Azərbaycan klubunun budəfəki rəqibi İsveç "Malmö"sü olub.

"Baku United" yenə darmadağına sevinib - 10:0. İngiltərə çempionunun heyətində Tobe het-trik, Aqon Reha dubl edib, Marselo, Karlos, Keni Paulinyo və Jose Karlos hərəyə bir qol vurub.

Qrupun digər oyununda Bosniya və Hersoqovina "Sarayevo"sı Cəbəllütariqin "Gibraltar Skorpions" klubunu 10:7 hesabı ilə yenib.

Qeyd edək ki, "Baku United" ilk turda "Gibraltar Skorpions"a 10:0 hesabı ilə qalib gəlmişdi. Azərbaycan klubu son oyununu bu gün "Sarayevo"ya qarşı keçirəcək. Hər iki komandanın aktivində 6 xal var. Top fərqinə görə rəqibini qabaqlayan "Baku United"i son oyunda heç-heçə də təmin edir.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm