
UEFA Çempionlar Liqasında səbətlərin formalaşdırılması prosesində dəyişiklik etmək istəyir.
Publika.az xəbər verir ki, UEFA bu dəyişikliyi güclü komandaların 2-ci, 3-cü səbətdə qərarlaşması naminə edir.
2015/16 mövsümündən Çempionlar Liqasının qrup mərhələsinin püşkatması zamanı 1-ci səbətdə turnirin son qalibi ilə yanaşı, əmsala görə ən güclü 7 çempionatın qalibi qərarlaşacaq. Bu da güclü çempionatların qaliblərinin aşağı səbətdə olmasının qarşısını alacaq.
Qeyd edək ki, bu mövsümün püşkatması zamanı İngiltərə çempionu “Mançester Siti” 2-ci səbətdə yer almışdı.