Fransadan Bakıya gələcək onqat çempion – FOTOLAR
Bizi izləyin

İdman

Fransadan Bakıya gələcək onqat çempion – FOTOLAR

Fransadan Bakıya gələcək onqat çempion – FOTOLAR

Azərbaycan çempionu “Qarabağ” tarixində ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı.

Bu mərhələdə çempionumuz İtaliyanının “İnter”, Fransanın “Sent Etyen”, Ukraynanın “Dnepr” komandaları ilə qarşılaşacaq.

Publika.az "Qarabağ"ın Avropa Liqasındakı rəqiblərini təqdim edir:

"Sent-Etyen" (Fransa)

Tam adı: Association Sportive de Saint-Étienne Loire.

Yaranma ili: 1919.

Stadion: "Jofrua Qişar", 35 616 tamaşaçı tutumlu.

Prezidenti: Bernar Kayaçço.

Baş məşqçisi: Kristof Qalte.

Bu komanda 10 dəfə Fransa çempionu olub, 6 dəfə ölkə kubokunu qazanıb. 5 dəfə Fransa Super Kubokuna sahib çıxan klub Çempionlar Kubokunun da finalçısı olub.

"Sent-Etyen" ötən mövsüm son 32 ildə ilk tituluna sahib çıxdı. Bu komanda Fransa Kubokunu qazanmaqla uzun illərdi davam edən uğursuz seriyaya son qoydu.

Komanda son mövsümdə Liqa 1-də də dördüncü olmuşdu. Avroliqanın pley-off mərhələsində bu komanda Türkiyənin "Karabükspor" klubuna penaltilər sayəsində qalib gəlib (səfərdə 0:1, evdə 1:0, penaltilər - 4:3).

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm