Yeni qərar - İdmançılarımız psixoloji testdən keçəcəklər
Bizi izləyin

İdman

Yeni qərar - İdmançılarımız psixoloji testdən keçəcəklər

Yeni qərar - İdmançılarımız psixoloji testdən keçəcəklər

Milli Paralimpiya komitəsi yeni qərar verib. Belə ki, fevralın 1-dən etibirən Zarina Yanqlyayeva komitənin psixoloqu kimi fəaliyyətə başlayıb. Zarina xanımla komitədə fəaliyyət göstərən məşqçilər arasında görüş də keçirilib.

Məsələyə tam aydınlıq gətirmək üçün Paralimpiya Komitəsinin idman şöbəsinin müdiri Ramin Kəsəmənski ilə əlaqə saxladıq. Publika.Az-a yenilik haqqında məlumat verən Ramin müəllim bu qərarın idmançılar tərəfindən də yaxşı qarşılandığını bildirdi:

“Yeni işlə bağlı qərarı yaxın vaxtda açıqlayacağıq. Hazırda hansı idman növü və kimlərlə nə zaman işə başlanılacağını dəqiqləşdiririk.

Paralimpiyaçılarımızın buna ehtiyacı olduğunu düşündük və bu qərarı verdik. İdmançılarımızın özü də verilən qərarı yaxşı qarşıladılar.

Avropa və Dünya çempionatı kimi beynəlxalq turnirlərdən öncə paralimpiyaçılarımız psixoloji dəstək alacaq. Onlar psixoloji testdən keçdikdən sonra yarışa çıxacaqlar”.

Qeyd edək ki, psixoloq Zarina Yanqlyayeva məşqçilərlə görüş keçirib, onlardan da müsbət rəy alıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm